Disney və OpenAI-dan şok ortaq addım: Süni intellekt Disney+ dünyasına daxil olur!
Disney və OpenAI arasında gözlənilməz əməkdaşlıq! Disney, OpenAI-ın Sora platformasında kontent lisenziyalaşdırılması üzrə ilk böyük tərəfdaşı olub. Bu tərəfdaşlıq sayəsində istifadəçilər 200-dən çox Disney, Marvel, Pixar və Star Wars personajları ilə videoçarxlar yarada biləcəklər.
Rock.News xəbər verir ki, Disney, OpenAI şirkətinə 1 milyard dollar sərmayə yatıracaq və şirkətin müştərisi olacaq. Disney, yeni məhsullar yaratmaq üçün OpenAI-ın API-lərindən istifadə edəcək, həmçinin ChatGPT-ni öz işçiləri arasında tətbiq edəcək. Disney+ abunəçiləri platformada Sora vasitəsilə yaradılmış Disney personajları ilə videolar seyr edə biləcəklər. Sora istifadəçiləri studiyanın personajları ilə 2026-cı ilin əvvəlindən etibarən videoçarxlar yaratmaq imkanı əldə edəcəklər.