Bayramov və Siyarto Macarıstan-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirdi

Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək, regionda sabitlik və davamlı inkişafa töhfə verəcək. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə strateji dialoqun 3-cü iclasından sonra keçirilən brifinqdə bildiriblər.

Rock.News xəbər verir ki, tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahəsindəki irəliləyişləri nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın gücləndiyini vurğulayıblar.