Bakı Sirki səhnəyə qayıdır: Yeni möhtəşəm şou!
Bakı Dövlət Sirki iki illik fasilədən sonra qapılarını tamaşaçılar üçün yenidən açıb. Sirk, möhtəşəm bir proqramla fəaliyyətini bərpa edərək sənətsevərləri sevindirəcək.
Rock.News xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Bakı Dövlət Sirkinin kollektivi ilə yanaşı, Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan dəvət olunmuş məşhur sirk artistləri də yeni proqramda iştirak edirlər. Tamaşaçılar unudulmaz anlar yaşayacaqlar.