Qafarova Azərbaycan dilinin qorunmasının prioritet olduğunu açıqladı
Rock.News xəbər verir ki, bu bəyanat Sahibə Qafarovanın “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransdakı çıxışı zamanı səsləndirilib.
Konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etməkdir. Dil siyasətinin hüquqi və intusional bazasını gücləndirən orqan Milli Məclisdir. Azərbaycan dilinin inkişafı həmişə diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətləri danılmazdır. Məhz onun sayəsində 1978-ci ildə Azərbaycan dilinə Dövlət dili statusu verildi.
Qafarova əlavə edib ki, Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblər qoyur. Sistemli yanaşmaya ehtiyac yaranır, dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi kimi vəzifələr önə çıxır. Təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, ədəbi dil normalarının inkişaf etdirilməsi, Azərbaycan dilinin mədəni məkanda nüfuzunun artırılması dövlət üçün strateji əhəmiyyət daşıyır.