Milli Məclisdə Azərbaycan dili strategiyası müzakirəsi: Kimlər iştirak etdi?

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirilib.

Rock.News xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak edib.

Konfransda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələr aparılıb.