Leyla Əliyeva və ICESCO rəhbəri Əməkdaşlığı Müzakirə Etdilər, Saziş İmzaladılar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 8-də Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüş zamanı tərəflər əməkdaşlıq məsələlərini müzakirə edib və Nigerdə qadınların imkanlarının artırılmasına dair saziş imzalayıblar.

Rock.News xəbər verir ki, Səlim bin Məhəmməd əl-Malik Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və süni intellekt indeksinin təqdimatına həsr olunmuş beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. O, konfransda aparılan müzakirələrin ICESCO üzvü olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini qeyd edib. Leyla Əliyeva isə ICESCO-ya ölkəmizə göstərdiyi dəstəyə və mədəniyyətimizin təşviqinə yönəlmiş tədbirlərə görə minnətdarlığını çatdırıb. Görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında elm, təhsil və mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.