Şok: Şakil O'Nil Oğurlandı! Basketbolçu 10.000 Dollar Mükafat Söz Verdi

Keçmiş NBA ulduzu Şakil O'Nil soyulub. Basketbolçunun boyuna uyğun olaraq sifariş etdiyi xüsusi maşın, ona çatdırılma zamanı oğurlanıb. Hadisə idman dünyasında böyük maraqla qarşılanıb.

Rock.News xəbər verir ki, 2,18 metrelik boya sahib olan Şakil O'Nil, avtomobilini tapan şəxsə 10.000 dollar mükafat verəcəyini açıqlayıb. Karyerasını 2011-ci ildə başa vuran məşhur basketbolçunun 500 milyon dollar sərvəti olduğu bildirilir. O, daha əvvəl verdiyi açıqlamalarda 40 maşını və 5 lüks malikanəsi olduğunu qeyd etmişdi.