Kəlbəcər sakinləri 33 illik ayrılıqdan sonra doğma şəhərə qayıdır - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər sakinlərinin doğma şəhərlərinə qayıdışını əks etdirən videoçarx hazırlayıb. Şəhər 33 illik ayrılıqdan sonra öz sakinlərinə qovuşur.

Rock.News xəbər verir ki, videoçarxda məcburi köçkünlüyün ilk illərində mərhum kəlbəcərli şair Sücaətin yazdığı misralar yer alıb: “Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər!”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoçarxı hazırlayıb. Videomaterial Bakıdan yola salınan Kəlbəcər sakinlərinin doğma şəhərlərinə çatdığı anları əks etdirir.