Kamboca Tayland bazasına zərbə endirdi: Ölən və yaralananlar var

Kamboca ordusunun Tayland ərazisində yerləşən Anuponq hərbi bazasına hücumu nəticəsində bir əsgər həlak olub, iki nəfər yaralanıb. Bu hadisə iki ölkə arasında gərginliyi artırıb.

Rock.News xəbər verir ki, bu barədə “Khaosod” portalı Tayland ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hücumdan sonra aparılan operativ qiymətləndirmə Kamboca tərəfinin sərhəd boyunca aktiv hərbi hərəkətlərə başladığını göstərib. Bildirilib ki, bu fəaliyyətlər sərhəd zonasındakı gərginliyin daha da artmasına və hərbi əməliyyatların genişlənməsinə yol aça bilər.

Hadisəyə cavab olaraq Tailand Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb.

“Hərbi Hava Qüvvələri ölkənin suverenliyi, müstəqilliyi və vətəndaşların təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab vermək üçün məsuliyyətlə hava əməliyyatları həyata keçirəcək”, - deyə Tailand ordusunun açıqlamasında bildirilir.