Bakıda MDB Parlamentlərarası Assambleyasının beynəlxalq konfransı keçirildi.

Bakıda MDB Parlamentlərarası Assambleyasının (PAA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq konfrans keçirilib. Tədbirdə Rusiya, Qazaxıstan və Özbəkistan parlamentlərinin nümayəndələri, MDB dövlətlərinin diplomatik korpusunun təmsilçiləri iştirak ediblər.

Rock.News xəbər verir ki, konfransda Azərbaycan Konstitusiyasının əhəmiyyəti, ölkənin dövlət quruculuğu təcrübəsi və parlamentarizmin inkişafı məsələləri müzakirə olunub. Tədbirdə həmçinin Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu xüsusi vurğulanıb.