Macarıstan Ukrayna üçün Avroobligasiya Buraxılışına 'Yox' Dedi
Macarıstan Ukraynaya maliyyə dəstəyi məqsədilə avroobligasiyaların buraxılması imkanını rədd edib.
Rock.News xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb. Məqalədə Macarıstanın bu addımı Aİ üçün mümkün olan “B planını” sıradan çıxaran qərar kimi qiymətləndirilir. Avropa rəsmiləri Kiyevə 165 milyard avro maliyyə ayırmaq üçün dondurulmuş Rusiya aktivlərindən istifadə yollarını axtarır.