Vardanyanın məhkəməsi: Şok sənədlər açıqlandı, proses davam edir

Ruben Vardanyanın məhkəməsi davam edir. Vardanyan sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur.

Rock.News xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər sənədlər elan olunub. Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri ilə ittiham olunur, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, əhalini deportasiya etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, qəsdən adam öldürmə və terrorçuluq.