Prezident Əliyev sahibkarlara GÖMRÜK ÖDƏNİŞLƏRİNDƏ YENİ İMKAN yaratdı!

Azərbaycan sahibkarları indi gömrük ödənişlərini hissə-hissə ödəyə biləcəklər. Bu yenilik Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası” sayəsində mümkün olacaq.

Rock.News xəbər verir ki, konsepsiya etibarlı tərəfdaşlara gömrük ödənişlərini hissə-hissə ödəməyə, dəstək proqramları hazırlamağa və maarifləndirmə işləri aparmağa imkan yaradacaq. Bu, gömrük prosedurlarının sadələşdirilməsi ilə yanaşı, etibarlı tərəfdaşlar üçün yeni imkanlar yaradacaq.

Qeyd olunur ki, bu konsepsiya xarici ticarət sahəsində idarəetmənin optimallaşdırılmasına, biznes öhdəliklərinin təhlilinə və iqtisadi səmərəliliyin yüksəldilməsinə təkan verəcək.

Konsepsiyanın əsas məqsədi sahibkarların maraqlarının qorunması, gəlirlərinin artırılması və ticarətin asanlaşdırılması üçün gömrük xidmətlərinin modernləşdirilməsidir.

Bu konsepsiya biznes subyektlərinin ehtiyaclarını nəzərə alaraq, dövlət orqanlarına etibarlı tərəfdaşlığa dair tədbirlər planı müəyyən etməyə imkan verəcək.