Milli Məclis 2026-cı il Büdcəsini Müzakirə Edəcək - Tarix Açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Deputatlar 2026-cı ilin dövlət büdcəsini və bir sıra qanun layihələrini müzakirə edəcəklər.

Rock.News xəbər verir ki, parlamentin iclası dekabrın 9-da keçiriləcək. İclasda 2026-cı il dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi, yaşayış minimumu və ehtiyac meyarı həddi ilə bağlı qanun layihələri müzakirə olunacaq.

Bundan əlavə, Vergi Məcəlləsində və digər qanunlarda dəyişikliklər, Milli Məclisin və Hesablama Palatasının xərclər smetası, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi məsələləri də gündəmdədir. Həmçinin, "Azərbaycan Respublikasının daxili qoşunları haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunların layihələri də müzakirəyə çıxarılacaq.