Manatın Sabitliyi Dollar Kreditlərini Xilas Etdi - Moody's Şok Faktları Açıqladı!

“Moody’s” beynəlxalq reytinq agentliyi manatın sabitliyinin dollar kreditlərinə müsbət təsir etdiyini açıqlayıb. Agentlik, manatın uzunmüddətli sabitliyinin bank sektorunda xarici valyutada olan kreditlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirib.

Rock.News xəbər verir ki, xarici valyuta kreditlərinin payı 2020-ci ildə 30%-dən 2024-cü ildə 16%-ə, 2025-ci ilin sentyabrında isə 14%-ə düşüb. Problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib.

Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir. Agentlik qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır. 2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%). Bununla belə, manatla likvidlik dedollarizasiya və dövlət dəstəyi nəticəsində yaxşılaşıb.

Hesabata görə, müştəri depozitləri bankların əsas maliyyələşmə mənbəyidir və sistem üzrə öhdəliklərin təxminən 75%-ni təşkil edir. Aktivlərin 39%-i likvid vəsaitlərdən ibarət olduğundan bank sektorunun xarici şoklara davamlılığı yüksək qiymətləndirilir.