İlham Əliyev Tailand Kralına təbrik məktubu göndərdi: Əməkdaşlıq genişlənəcək!

Prezident İlham Əliyev Tailand Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.

Rock.News xəbər verir ki, məktubda iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Dövlət başçısı bu imkanlardan istifadə edərək əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident Əliyev krala möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıb, Tailand xalqına əmin-amanlıq və rifah diləyib.