Hikmət Hacıyev NATO rəhbəri ilə görüşdü: Təhlükəsizlik müzakirəsi

Prezidentin köməkçisi Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla Bakıda görüşüb.

Rock.News xəbər verir ki, görüşdə tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.

Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.