Dövlət Qulluqçusu Vəfat Etdi: Vərəsələrə 4 Misli Müavinət!

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək. Qanuna əsasən, bu halda dövlət qulluğuna xitam verilə bilər.

Rock.News xəbər verir ki, bu məsələ Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.