Bakıda 15 Ünvanda Nəqliyyat iflici: Siyahı Açıqlandı

Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyat sıxlığı müşahidə olunur. Sürücülər hərəkətdə çətinlik çəkir.

Rock.News xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb. Siyahıda Heydər Əliyev prospektindən Binəqədi şosesinədək 15 əsas yol və küçənin adı var.

Sıxlıq müşahidə olunan ərazilər bunlardır: Heydər Əliyev prospekti (həm əsas, həm də köməkçi yol), Bakı-Sumqayıt şosesi, Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi, Babək prospekti, Ziya Bünyadov prospekti, Alı Mustafayev küçəsi, 28 May küçəsi, Dilarə Əliyeva küçəsi, Binəqədi şosesi, 1-ci Göl kənarı yolu, Mikayıl Müşfiq küçəsi, Afiyəddin Cəlilov küçəsi və 8 Noyabr prospekti.