ABŞ şirkəti Deripaska ilə əlaqəyə görə 7 milyon dollar cərimələndi
ABŞ-da bir şirkət Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 7 milyon dollar cərimələnib. Şirkət iş adamı Oleg Deripaskaya məxsus şirkətdən vəsait almaqda ittiham olunur.
Rock.News xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda yerləşən “Gracetown” adlı şirkət ABŞ hökumətinin xəbərdarlığına baxmayaraq, 2018-ci ilin aprelindən 2020-ci ilin mayınadək Deripaskaya məxsus şirkətdən 31 min dollardan çox vəsait alıb. Bu səbəblə də şirkətə 7 139 305 dollar məbləğində cərimə tətbiq edilib.