Türkiyə və Rusiya qaz müqaviləsini uzadır: Alparslan Bayraktardan gözlənilməz addım
Türkiyə Rusiyadan ümumilikdə 22 milyard kubmetr qaz idxalı ilə bağlı iki müqavilənin müddətini daha bir il uzatmağı planlaşdırır.
Rock.News xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Nazir həmçinin enerji mənbələrinin şaxələndirilməsi məqsədilə ABŞ-da qaz hasilatı layihələrinə investisiya imkanlarının araşdırıldığını bildirib.
Qeyd edək ki, Avropada Rusiyanın son böyük təbii qaz bazarı olan Türkiyə, ümumi qaz idxalında Rusiyanın payını 40%-dən aşağı salmağa çalışır. “Qazprom”la olan iki müqavilənin müddəti bu ilin sonunda bitir.
Ankara uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün bir sıra müqavilələr imzalayıb. Bu müqavilələrin əksəriyyəti ABŞ şirkətləri ilə bağlanılıb. Türkiyə yaxın illərdə gözlənilən qlobal LNG bolluğundan faydalanmağı hədəfləyir.