Qazaxıstan Xəzər Boru Kəmərindəki ziyanı hesablayır: Neft nəqli davam edirmi?

Qazaxıstan hökuməti Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) edilən hücumdan sonra dəymiş ziyanı qiymətləndirməyə başlayıb.

Rock.News xəbər verir ki, bu barədə energetika nazirinin müavini Erlan Akbarov "Kazinform" agentliyinə məlumat verib.

Nazir müavini bildirib ki, Novorossiyskdə CPC obyektinə hücum olsa da, neftin nəqli adi rejimdə davam edir. Onun sözlərinə görə, hazırda nəql prosesində heç bir məhdudiyyət yoxdur, çünki bir körpü tam işləyir, digərinin isə sistemə qoşulması üçün işlər aparılır.

Akbarov hökumətin zədələnmiş uzaqdan idarə olunan yanalma qurğusuna dəyən ziyanı qiymətləndirdiyini də vurğulayıb. O əlavə edib ki, Ukrayna tərəfi ilə qarşılıqlı əlaqə məsələləri XİN-in səlahiyyətinə daxildir.