Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir. “Brent” markalı neftin fevral fyuçersləri bahalaşaraq 63 dollara yüksəlib.
Oxu: ~12 san.
Rock.News xəbər verir ki, ICE London birjasında “Brent” neftinin fevral ayına olan müqaviləsinin qiyməti 0,37% artaraq bir barelə görə 62,9 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin bir barelinin qiyməti 0,47% artaraq 59,23 ABŞ dollarına çatıb.