Azərbaycan nefti bahalaşdı: Bir barel neçəyə satılır?
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb.
Rock.News xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,32 ABŞ dolları, yəni 0,48% bahalaşaraq 66,54 ABŞ dollarına çatıb.
Xatırladaq ki, əvvəlki qiymət 66,22 ABŞ dolları təşkil edirdi. Azərbaycanın bu ilki dövlət büdcəsində "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində hesablanıb.