Azərbaycan Afrika ölkələri ilə rəqəmsal əməkdaşlığa başladı: Detallar
Rock.News xəbər verir ki, görüşlərdə rəqəmsal inkişaf perspektivləri müzakirə olunub. Afrika nümayəndələri Azərbaycanın rəqəmsal dövlət texnologiyaları ilə tanış olublar. Onlara “mygov” və “mygov ID” kimi vətəndaşyönümlü rəqəmsal həllər təqdim edilib. Xüsusilə “bir pəncərə” prinsipi ilə işləyən “GovTech” məhsulları böyük maraq oyadıb.
İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev bildirib ki, Afrika ölkələri Azərbaycanın rəqəmsal inkişaf təcrübəsini öyrənməkdə maraqlıdır. İRİA bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirməyə hazırdır. O, həmçinin qeyd edib ki, digər ölkələrin Azərbaycanın rəqəmsal dövlət məhsullarına artan marağı ölkəmizdə uğurlu rəqəmsallaşma siyasətinin göstəricisidir.
Bu görüşlər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində baş tutur. Məqsəd ölkələr arasında rəqəmsal əlaqələri qurmaq, əməkdaşlıq imkanlarını araşdırmaq və texnoloji diplomatiyanı gücləndirməkdir.