Avropada qaz ucuzlaşdı: Qiymətlər 340 dollardan aşağı düşdü
Avropada qazın qiyməti sürətlə aşağı düşür. Hərraclarda 1000 kubmetr qazın qiyməti 340 ABŞ dollarından aşağı düşüb.
Rock.News xəbər verir ki, Niderlandın “Title Transfer Facility” (TTF) indeksinə əsasən, yanvar fyuçerslərinin qiyməti 335,8 dollar təşkil edib. Bu, əvvəlki hesablama qiyməti ilə müqayisədə 1,2% azalma deməkdir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazı nəql olunur.