Nazirlər Kabinetindən arıçılara ŞAD XƏBƏR: Yeni arı cinsləri rayonlaşdırılır!

Nazirlər Kabineti daha 4 arı cinsinin rayonlaşdırılması qaydasını müəyyənləşdirib. Bu qərar arıların təbii coğrafi iqlim şəraitinə uyğunlaşdırılması və xəstəliklərə davamlılığını artırmaq məqsədi daşıyır.

Rock.News xəbər verir ki, bu barədə Nazirlər Kabineti “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Karnika, Peşeç, Troyzek, Perner, Karpat, İtalyan və Bakfast cinsləri müxtəlif bölgələr üzrə rayonlaşdırılacaq. Hər bir cinsin rayonlaşdırılma əraziləri təbii coğrafi iqlim şəraitinə uyğunlaşması, xəstəliklərə dözümlülüyü və bitki örtüyünə olan tələbatı nəzərə alınmaqla müəyyən edilib.

Qeyd edək ki, bu tədbir arıçılıq məhsuldarlığını artırmağa və arı ailələrinin sağlamlığını qorumağa xidmət edəcək.