«Meydan TV» qalmaqalı: Məhkəmə prosesi başlayır!
«Meydan TV» işi üzrə məhkəmə prosesi başlayır. Proses dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Rock.News xəbər verir ki, cinayət işi hakim Aytən Əliyevanın icraatına verilib.
Xatırladaq ki, ötən ilin dekabrında «Meydan TV» işi üzrə bir sıra jurnalistlər - Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılmışdı. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra, bu ilin fevral-mart aylarında Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre) və Ülviyyə Əli (Quliyeva) də həbs olunublar. Avqust ayında isə foto-müxbir Əhməd Muxtar saxlanılıb.