Almaniyada AfD əleyhinə aksiya: 12 polis yaralandı

Almaniyanın Hessen əyalətinin Gissen şəhərində Almaniya üçün Alternativ (AfD) partiyasının yeni gənclər təşkilatının qurultayına qarşı keçirilən etiraz aksiyası iğtişaşlara çevrilib.

Rock.News xəbər verir ki, bu barədə «Bild» nəşri məlumat yayıb. Nəticədə 12 polis əməkdaşı yüngül xəsarət alıb.

Etirazçılar arasında da bir neçə nəfər yüngül xəsarət alıb. Aksiyada ümumilikdə 25–30 min nəfərin iştirak etdiyi bildirilir.