Ukrayna Qara dənizdə Rusiyanın iki tankerini vurdu: "Sea Baby" dronları ilə hücum

Ukrayna təhlükəsizlik qüvvələri Qara dənizdə Rusiyaya məxsus, sanksiya altında olan iki neft tankerini dəniz dronları vasitəsilə vurub.

Rock.News xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Sea Baby” tipli dəniz dronları Rusiyanın "kölgə donanması"na daxil olan “KAIRO” və “VIRAT” adlı tankerlərə hücum edib. Bu əməliyyat UTX-nin Hərbi Əks Kəşfiyyatının 13-cü Baş İdarəsi və Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə səyləri nəticəsində reallaşıb.

Mənbə bildirib ki, modernləşdirilmiş “Sea Baby” dəniz dronları uzun məsafələri qət etmək və gücləndirilmiş döyüş başlıqları ilə təchiz olunmaq imkanına malikdir.