Hakan Fidan rəsmi səfər çərçivəsində İran İslam Respublikasına yollanacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfərlə İrana gedəcək.

Rock.News xəbər verir ki, Hakan Fidan Tehranda iranlı həmkarı Abbas Ərakçi və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti seçkilərində namizəd Məsud Pezeşkianın rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.