Mərkəzi Bank "Atəşgah Həyat" SŞ-yə icrası məcburi göstəriş verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Atəşgah Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə icrası məcburi göstəriş verib.
Rock.News xəbər verir ki, AMB tərəfindən "Atəşgah Həyat" Sığorta Şirkəti ASC-yə "Sığortaçılarda korporativ idarəetmə Standartları"na əməl olunmaması ilə əlaqədar olaraq "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilib.