Almaniya Ukraynaya 11,5 milyard avro yardım ayırdı

Almaniya parlamenti Bundestaq 2026-cı il üçün 524,5 milyard avro məbləğində dövlət büdcəsini təsdiqləyib. Bu, cari illə müqayisədə 21,5 milyard avro çoxdur.
Rock.News xəbər verir ki, büdcəyə Ukrayna üçün nəzərdə tutulan 11,5 milyard avro maliyyə yardımı da daxildir. 2026-cı ildə müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artırılacaq. Bu, Soyuq Müharibənin sonundan bəri ən yüksək səviyyədir. Vəsait əsasən hərbi texnika və sursat almaq üçün istifadə olunacaq ki, bunun da əhəmiyyətli bir hissəsi kreditlər hesabına maliyyələşdiriləcək. Ukraynaya ayrılan 11,5 milyard avro PUA, zirehli transportyor və digər silahların təchizatı, həmçinin artilleriya ehtiyatlarının artırılması üçün istifadə ediləcək.