Azərbaycan Pakistanda iqtisadi tərəfdaşlığı genişləndirir
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər etdi. Bu səfər çərçivəsində mühüm görüşlər baş tutdu.
Rock.News xəbər verir ki, nümayəndə heyəti Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdü. Tərəflər iqtisadi əlaqələrin möhkəmləndirilməsində investisiya tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğuladılar.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində oldu. Tərəflər ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını dəyərləndirdilər.