Prezident Administrasiyası dekabr qəbul cədvəlini elan etdi
Rock.News xəbər verir ki, qəbullar dekabrın 1-dən başlayaraq ayın sonuna qədər davam edəcək. Vətəndaşlarla görüşəcək şəxslər arasında Prezidentin köməkçiləri – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yer alır.
Qəbul cədvəlinə həmçinin Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov, Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov, Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov və Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov daxildir.
Bundan əlavə, Prezidentin mətbuat katibi, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndələri, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru, eləcə də işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri – Emin Hüseynov (Ağdam, Füzuli və Xocavənd), Məsim Məmmədov (Laçın), Elçin Yusubov (Xankəndi, Ağdərə və Xocalı), Bəşir Hacıyev (Kəlbəcər), Aydın Kərimov (Şuşa) və Vahid Hacıyev (Cəbrayıl, Qubadlı və Zəngilan) də vətəndaşları qəbul edəcəklər. Təhlükəsizlik Şurasının katibi Ramil Usubov dekabrın 26-da vətəndaşların müraciətlərini dinləyəcək.
Vətəndaş qəbulları Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev, 79 ünvanında yerləşən Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində baş tutacaq. Qəbula yazılmaq üçün son müddət qəbul gününə ən geci bir iş günü qalmışdır. Qəbullar saat 14:00-da başlayır. Əlavə məlumat və qəbula yazılmaq üçün 1111 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.