Rəssamlıq Akademiyasına Qəbulda ŞOK Dəyişiklik: İmtahanlar Azaldıldı!
18 dek, 17:36
16

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün gözlənilməz dəyişiklik baş verib. Tam orta təhsil bazasında bir sıra ixtisaslar üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb, bu da qəbul prosesini daha asan edəcək.
Rock.News xəbər verir ki, 1601 kodlu qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlər 2026-cı ildə yalnız rəsm fənnindən imtahan verəcəklər. Heykəltəraşlıq ixtisasına daxil olmaq istəyənlər isə əvvəlki kimi, rəsm və yapma fənlərindən imtahan verməli olacaqlar. Bütün təsviri sənət və memarlıq istiqamətləri üzrə ətraflı məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.



