Azercell Könüllüləri Şəhid Ailələrinə Yeni İl Sevincini Yaşatdı
Bu gün, 15:08
1

“Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ənənəvi xeyriyyə aksiyası keçirərək şəhid və qazi ailələrinə dəstək olub.
Rock.News xəbər verir ki, “Bölüşək, sevindirək!” təşəbbüsü çərçivəsində könüllülər aztəminatlı ailələri də ziyarət edərək, onların övladlarına bayram hədiyyələri paylayıblar. Lerik rayonunda uşaqlar üçün xüsusi bayram proqramı təşkil olunub və 200-dən çox uşağa hədiyyələr çatdırılıb. Aksiya “Azercell Telekom” MMC və “Aztelekom” MMC əməkdaşları tərəfindən birgə reallaşdırılıb.
#xeyriyyə#Azercell#yeni il#şəhid ailələri



