Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirir: Yeni protokollar

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə əlavə protokolların təsdiqlənməsi gözlənilir. Bu protokollar, iki qardaş ölkə arasında təhsil əlaqələrini yeni səviyyəyə qaldırmağa xidmət edəcək.
Rock.News xəbər verir ki, məsələ Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol"un və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələrinə baxılacaq.



