Rəqəmsal Məktəb valideynlərin rəyini öyrənir: Yeni sorğu başladı!
19 dek, 19:21
11

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması vasitəsilə valideyn məmnuniyyəti sorğusu keçirilir. Məqsəd, məktəblərin fəaliyyətini qiymətləndirmək və valideyn-məktəb əməkdaşlığını inkişaf etdirməkdir. Valideynlər övladlarının təhsil aldığı məktəbin fəaliyyətini platforma üzərindən dəyərləndirə biləcəklər.
Rock.News xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sorğunun nəticələrinin ümumi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və ehtiyacların müəyyənləşdirilməsi üçün əsas göstərici kimi istifadə olunacağını bildirib. Platformadan 685 mindən çox istifadəçi yararlanır, onlardan 267 mini valideyndir. Sorğuda iştirak etmək üçün link: https://digital.edu.az/cabinet/survey
#Rəqəmsal məktəb#Təhsil#Valideyn#Sorğu



