Şamaxı Rəsədxanası xəbərdarlıq etdi: Yaxın günlərdə güclü maqnit qasırğası!
22 dek, 11:38
8

Şamaxı Astrofizika Rəsədxanası yaxın günlərdə Günəş küləyi sürətinin yüksək səviyyədə olacağı və bununla əlaqədar olaraq zəif və orta güclü geomaqnit qasırğasının gözlənildiyi barədə xəbərdarlıq edib.
Rock.News xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə dekabrın 22-dən 24-dək G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.
#Şamaxı Rəsədxanası#Günəş küləyi#Maqnit qasırğası#Astrofizika



