Kolleclərdə Yeni Təyinatlar: Kimlər Direktor Müavini Oldu?
22 dek, 15:31
8

Azərbaycanda bir sıra kolleclərə yeni təyinatlar həyata keçirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru tərəfindən imzalanan müvafiq əmrlə yeni vəzifələrə təyinatlar aparılıb.
Rock.News xəbər verir ki, Mehriban Qasımova Şuşa Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
#kollec#təyinat#təhsil



