Prezident Əliyev: Ermənistanda Azərbaycan irsinin bərpası - xalqın tələbi!

Prezident İlham Əliyev bəyan edib ki, Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir, həm də ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması və xalqlar arasında anlaşma üçün vacibdir.

Rock.News xəbər verir ki, bu barədə dövlət başçısının “Mədəni irs və qayıdış hüququ” mövzusunda konfrans iştirakçılarına müraciətində deyilir.

Müraciətdə Qərbi Azərbaycan İcmasının təmkinli və konstruktiv yanaşması, barışığa açıq olması təqdir olunur.