Prezident Əliyev: Ermənistan Qərbi Azərbaycanın mədəni irsini məhv etdi
Azərbaycan xalqı son iki əsrdə dəfələrlə deportasiya və soyqırımlarla üzləşib. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə 1905-1991-ci illərdə yüz minlərlə azərbaycanlı öz yurdunu tərk edərək Azərbaycana sığınıb.
Rock.News xəbər verir ki, Ermənistan ərazisində yaşayan azərbaycanlıların zorla köçürülməsi, onların mülkiyyətinin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin dağıdılması tarixi faktdır.
Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə deyilir ki, Ermənistan Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini, inanc yerlərini, qəbiristanlıqlarını məhv edib. Azərbaycan ermənilərin insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün addımlar atılmasını gözləyir.