Makron hibrid informasiya müharibəsinə hazırlığı elan etdi

Fransa prezidenti Emmanuel Makron ölkənin hibrid informasiya müharibəsinə hazırlaşmalı olduğunu bildirib.
Rock.News xəbər verir ki, bu barədə Makron özünün "X" hesabında açıqlama yayıb.
"Rusiyanın sabah bizə hücum edəcəyini düşünmürəm. Amma düşünürəm ki, informasiya müharibəsi, yaxud da deyildiyi kimi, hibrid müharibə var və biz buna hazırlaşmalıyıq", - deyə Makron qeyd edib.
Makron, həmçinin, bu vəziyyətdən qorxmağa ehtiyac olmadığını da vurğulayıb.