"Xalqın Xidmətçisi" Yermakın istefasını dəstəklədi

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermakın istefa ərizəsini imzalamaq qərarı hakim “Xalqın Xidmətçisi” partiyası tərəfindən dəstəklənib.
Rock.News xəbər verir ki, bu barədə Ali Radadakı fraksiyasının rəhbəri David Araxamia bildirib.
"Biz, bir komanda olaraq, Volodimir Zelenskinin qərarını dəstəkləyirik", - o, “Telegram” hesabında yazıb.
Zelenski bu gün Yermakın istefa verdiyini açıqlayıb.