Polşa hava məkanında məhdudiyyətləri 2026-cı ilə qədər uzatdı

Polşa Ukrayna və Belarus sərhədlərinə yaxın ərazilərdə hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərin müddətini uzadıb.
Rock.News xəbər verir ki, bu barədə Polşanın Hava Naviqasiya Xidmətləri Agentliyi məlumat yayıb. Məhdudiyyətlər 9 mart 2026-cı il tarixinə qədər qüvvədə olacaq. Bu məhdudiyyətlərin əvvəlki müddəti 9 dekabr tarixində başa çatmalı idi.