Zelenski ABŞ-la danışıqlarda iştirak edəcək nümayəndələri açıqladı

Ukraynanı ABŞ-la aparılacaq danışıqlarda təmsil edəcək şəxslərin adları açıqlanıb.
Rock.News xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski video müraciətində bildirib ki, ABŞ ilə danışıqlarda Ukraynanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Xarici İşlər Nazirliyinin və kəşfiyyat xidmətinin əməkdaşları təmsil edəcəklər. Zelenski qeyd edib ki, yaxın zamanda Amerika tərəfi ilə görüşlər keçiriləcək.