Britaniya Ukraynaya 10,6 Milyard Dollarlıq Rus Aktivini Köçürür!
Britaniya hökuməti dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 8 milyard funt sterlinq (10,6 milyard dollar) məbləğində vəsait köçürməyə hazırdır.
Rock.News xəbər verir ki, bu barədə “The Times” qəzeti Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Birləşmiş Krallıq Qərb ölkələrinin təzminat krediti ilə bağlı vahid mövqeyə çatacağına ümid edir. London hələlik Rusiya aktivlərinin Ukraynaya köçürülməsini təmin edəcək müsadirəsi üçün qəti bir metod hazırlamayıb.