Bayramov və Haddad Vyanada Qarabağı müzakirə etdi: Fransa narahatdır

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Fransanın Avropa üzrə nümayəndəsi Benjamin Haddad Vyanada ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşüb.

Rock.News xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində məlumat yayılıb.

Görüşdə Azərbaycan-Fransa münasibətləri, regional təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.