Bayramov NATO ilə əməkdaşlığı müzakirə etdi: Təhlükəsizlik və enerji məsələləri
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Görüşdə tərəflər əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Rock.News xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan və NATO arasında təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə məlumat verib. Tərəflər həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.